IQNA

17:26 - July 11, 2020
Xəbər sayı: 3487600
Srebrenitsa olayı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qırğın sayılır. Hadisə ilə bağlı Haaqa tribunalında 14 nəfər məhkum olunub.
Bu gün Srebrenitsa qətliamının 25-cı ildönümüdür. Bu hadisə əsrin ən böyük qətliamlarından biri kimi tarixə yazılıb.
1991-1995-ci ildə baş vermiş Yuqoslaviya Vətəndaş müharibəsi zamanı, 11 iyul 1995-ci ildə general Ratko Mladiçin əmrindəki ağır silhlarla təchiz edilmiş Bosniya-Serb ordusu 8300-dən çox müsəlmanı qətlə yetirir. Qırğında qadın və kiçik yaşda uşaqların da öldürüldüyü sənədlərlə sübut edilib.
Müsəlman əhalinin əksəriyyət təşkil etdiyi və serb zülmünə qarşı qeyri-kafi imkanlarla etiraz etməyə çalışan Srebrenitsanın Tanjarz Çölündə tam 11 000 adamı əsir alan qrup Mladiçin əmriylə əsirləri öldürməyə başlayır.
Tam 5 gün davam edən qırğında 8300 adam öldürülür, qalan 2700 adam sərbəst buraxılır. Öldürülən bu 8300 adamın cəsədləri parçalanıb skeletləri çıxartdırılır və bu cəsədlər krematoryumda yandırıldıqdan sonra Haaqa qəbiristanlığında basdırılır.
 
Bosniya-Serb ordusunun xaricində, qırğına "Əqrəblər" olaraq tanınan Serbiya xüsusi təhlükəsizlik gücləri də qatılmışdı. Birləşmiş Millətlər Təşkilatı Srebrenitsanı güvənli bölgə elan etməsinə baxmayaraq, 400 silahlı Hollandiya sülhməramlı əsgərinin varlığı da qırğını önləyə bilməmişdir.
Srebrenitsa qırğını II Dünya Müharibəsindən sonra Avropada reallaşmış ən böyük toplu insan qırğını olmağı və Avropadakı hüquqi olaraq ilk dəfə sənədləşdirilmiş soyqırım olmağı baxımından da əhəmiyyət daşıyır.
Srebrenitsa olayı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qırğın sayılır. Hadisə ilə bağlı Haaqa tribunalında 14 nəfər məhkum olunub.
Srebrenitsa qırğını ilə bağlı ittihamlar əsasında Bosniya serblərinin lideri Radovan Karadzic və bosniya serbləri qüvvələrinin komandiri Ratko Mladic Haaqa tribunalına cəlb olunublar. /maide.az/
 

Ad:
E-poçt:
* Comment:
* captcha: