IQNA

İŞİD Hindistanın televiziya kanalını təhdid etdi

12:24 - July 19, 2020
Xəbər sayı: 3487665
Tehran (IQNA) -  İŞİD terror təşkilatı Hindistanın "Janam TV" televiziya kanalına mesaj göndərərək televiziyanın əməkdaşlarını terrorla təhdid edib.

Hindistanın "Janam TV" televiziya kanalı təkfirçi vəhabilərin təşkil etdiyi İŞİD terror təşkilatının fəaliyyətləri barədə sənədli film hazırlayaraq yayıma vermişdi.

İŞİD terror təşkilatının təhid mesajından sonra məlum televiziya kanalının Hindistanın qərbindəki Kochi əyalətində yerləşən ofisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Təkfirçi vəhabilərdən mütəşəkkil olan İŞİD terrorçuları televiziya kanalına instagram vasitəsi ilə belə bir mesaj yazıb: "Dünya ilə vidalaşmaq və Allahın qəhri və cəzası üçün hazır olun".  

Hindistanın "Janam TV" televiziya kanalı Malayi dilində yayımlanır. Bu kanal 2015-ci ildə rəsmi fəaliyyətə başlayıb. Milliyyətçiliyi və solçuluğu ilən tanınan bu kanal İŞİD-in cinayətlərini ifşa edən bir çox verilişlər yayımlayıb. /3911253

 

Teqlər: İŞİd ، hindistan ، təhdid ، Janam tv
captcha