IQNA

20:47 - August 01, 2020
Xəbər sayı: 3487786
Tehran (IQNA) -  İran İslam Respublikasının "Pərdis Farabi" universiteti ilə İtaliyanın İslam universitetləri arasında elmi əməkdaşlıq memorandumu imzalanıb.

İran İslam Respublikasının "Pərdis Farabi" universiteti ilə İtaliyanın İslam universitetləri arasında elmi əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə hər iki universitetin məsullarının iştirakı ilə İyul ayının 28-də virtual iclas keçirilib.

İclasda İran İslam Respublikasının "Pərdis Farabi" universitetinin rəisi Əlirza Məhəmməd Rzayi, universitetin beynəlxalq müşaviri Məhəmməd Əli Abdullahi, həmin universitetinin əməkdaşlıq memorandumu koordinatoru Məhəmməd Həsən Əhmədi, İtaliyanın İbn Sinda adına dilçilik mərkəzinin məsulu Fransçini (Franceschini) və İtaliya İslam universitetinin rəisi Campiro Paladini iştirak ediblər.

İclasda ilk addım olaraq ustad və tələbələrin təbadülü, İtaliyan və Fars dillərinin ustad və tələbələrə öyrədilməsi barədə ilkin razılıq əldə edilib.

İclasda İtaliya İslam universitetinindən Səna Xaleqi və İran İslam Respublikasının Pərdis Farabi universitetindən Məhəmməd Həsən Əhmədi memarandomun həyata keçirilməsi üçün nümayəndə seçiliblər.  /3913230

 

Ad:
E-poçt:
* Comment:
* captcha: