IQNA

17:51 - August 03, 2020
Xəbər sayı: 3487802
Keçmiş Roma Papası XVI Benedikt cari ilin iyun ayında Almaniyaya səfər etdikdən sonra "qızıl yel" xəstəliyi ilə ağır xəstələnib. O ölüm yatanğındadır və vəsiyyətini edib.

Az.shafaqna.com “Passauer Neue Presse”-yə istinadən xəbər verir ki, keçmiş Roma Papası XVI Benedikt cari ilin iyun ayında Almaniyaya səfər etdikdən sonra ağır xəstələnib.

Qeyd edilir ki, həkimlər keçmiş Roma Papasının üzündə qızıl yel xəstəliyinin diaqnozunu qoyublar, hazırda o, olduqca zəifləyib.

Bildirilir ki, Benedikt XVI iyun ayında özünün 96 yaşlı qardaşı keşiş Giorq Ratsingeri ziyarət edib. Ratsinger ağır xəstəlikdən sonra vəfat edib.

Məlumata görə, keçmiş Roma Papası artıq dini vəsiyyət də edib; vəsiyyət onun ölümündən sonra açıqlanacaq. O, müqəddəs II İoan Pavelin keçmiş məqbərəsində basdırılmağını istəyir.

Xatırladaq ki, Benedikt XVI könüllü şəkildə taxtdan imtina edib.

Ad:
E-poçt:
* Comment:
* captcha: