IQNA

12:15 - August 05, 2020
Xəbər sayı: 3487816
Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində Livan paytaxtı Beyrutda baş vermiş partlayışla bağlı paylaşım edilib.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində Livan paytaxtı Beyrutda baş vermiş partlayışla bağlı paylaşım edilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların hamısının tez sağalmasını arzu edirik.”, -deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin mesajında deyilir.

Qeyd edək ki, dünən Livan paytaxtı Beyrutda dəhşətli partlayış baş verib. Çox sayda insan həyatını itirib və yaralanıb.

Azərbaycan XİN-dən Beyrutdakı partlayışla bağlı mesaj

 

Ad:
E-poçt:
* Comment:
* captcha: