IQNA

11:34 - August 08, 2020
Xəbər sayı: 3487837
Tehran (IQNA) - Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) elan edib ki,  Livanın paytaxtı Beyrutda baş verən partlayışda 100 min uşaq evlərindən didərgin düşüb. 
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) elan edib ki,  Livanın paytaxtı Beyrutda baş verən partlayışda 100 min uşaq evlərindən didərgin düşüb. 
YUNİSEF-in məlumatına görə,  partlayışdan sonra bəzi uşaqlar itgin düşüb. Sağ qalan uşaqlar isə psixoloji cəhətdən əziyyət çəkirlər.  
Məlumatda bildirilir ki, Livanın ən az 12 xəstəxanası bu partlayışda ziyan görüb.  
BMT-nin Uşaqlara Yardım Fondunun (UNİCEF) Livandakı nümayəndəsi Violet Sapyk Uarneri bu gün (7 avqust) 100 min livanlı uşağın Beyrut bombardmanı nəticəsində evlərini itirdiyini və ya köçkün vəziyyətinə düşdüyünü bildirib.
 “Al-Mayadeen” saytının məlumatına görə,  o, 55 min şagirdi olan 120 məktəbin də partlayışda dağıldığını söyləyib.
YUNİSEF  Livan uşaqlarına yardım üçün  4 milyon 500 min  dollar büdcəyə ehtiyacı olduğunu açıqlayıb. 
Qeyd edək ki,  Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölənlərin sayı 154-ə yüksəlib, xəstəxanalarda isə ağır vəziyyətdə 120 vətəndaş var.
Hadisə zamanı 5 minə yaxın insan yaralanıb. 
Xatırladaq ki, avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında partlayış olub. Ölkə paytaxtında fövqəladə vəziyyət elan edilib.
 
Ad:
E-poçt:
* Comment:
* captcha: