IQNA

9:43 - August 16, 2020
Xəbər sayı: 3487895
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, Amerikanın İranla düşmənçiliyi 28 mordad çevrilişindən başlanıb və İslam İnqilabınadək davam edibdir.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Səhər Azəri-yə istinadla xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei 1332-ci günəş ili mordadın 28-i və 1953-cü il avqustun 19-da İranda törədilmiş biabırçı çevrilişin ildönümü münasibətilə virtual mühitdə verdikləri müraciətdə belə deyiblər.

İnqilab rəhbəri daha sonra belə qeyd ediblər: İran İslam Respublikası Amerikanın ölkənin dayaqlarına bir daha giriş yolunu bağlayıb və müzakirənin qadağan edilməsi, Amerikanın giriş yolunun bağlanması vasitələrindən biridir. Əlbəttə, bu, amerikalılar üçün çox çətindir.

1332-ci günəş ili mordadın 28-də zalım şah rejiminin bir qrup qüvvəsi ABŞ və İngiltərənin həmkarlıqları ilə Məhəmməd Müsəddiqin hökumətini devirərək, xaricə qaçmış Məhəmməd Rza Pəhləvini bir daha taxta oturtdular.

Son illər əcnəbilərin 28 mordad çevrilişindəki rolları barədə yeni sənədlər yayılıbdır. Hətta bəzi amerikalı rəsmilər, o sıradan Amerikanın sabiq prezidenti Barak Obama və bu ölkənin keçmiş dövlət katibi Madlen Olbrayt həmin ölkənin və İngiltərənin qeyd olunan çevrilişdəki birbaşa rollarını etiraf ediblər.

Ad:
E-poçt:
* Comment:
* captcha: