IQNA

11:21 - August 16, 2020
Xəbər sayı: 3487898
Tehran (IQNA) – Mərhum Şeyx Məhəmməd əl-Leysi əl-Kənani 1949-cu ildə Misrin "Şərqiyyə" əyalətinin "ən-Nüxas" qəsəbəsində Qurani bir ailədə dünyaya göz açıb. Bu səbəbdən uşaqlıqdan Quran hafizi olub.

Mərhum Şeyx Məhəmməd Məhəmməd Əbuləla əl-Leysi əl-Kənani 1949-cu ildə Misrin "Şərqiyyə" əyalətinin "ən-Nüxas" qəsəbəsində Qurani bir ailədə dünyaya göz açıb. Bu səbəbdən uşaqlıqdan Quran hafizi olub.

Leysinin atası Məhəmməd Əbuləla kəndlərində yeganə Quran hafizi idi. Leysi də atasından Quran öyrənərək 6 yaşında Quran hafizi oldu. Tilavət üslublarını atasından öyrəndi.

Leysi 1984-cü ildə Misrin Quran radiosunda tilavət etməyə başladı. Həmçinin ölkə xaricində və Misrdə müxtəlif mərasimlərdə tilavət edirdi. Onun Misrin İmam Hüseyn (ə), Seyyid Zeynəb (s), ən-Nur və İmam Şafei məscidləri kimi böyük məscidlərdə canlı yayımda icra etdiyi tilavətlərin videoları mövcuddur.

O, İran İslam Respublikası, Hindistan, Pakistan, Cənubi Afrika, Almaniya və Amerikaya səfər edərək Quran tilavət etmişdir.

Mərhum Şeyx Məhəmməd Məhəmməd Əbuləla əl-Leysi əl-Kənani 2006-cı ilin Mart ayının 5-də vəfat edib.

Aşağıdakı videoda Leysinin bir nəfəsə tilavə etdiyi klipi müşahidə edə bilərsiz. O, bu videoada Loğman surəsinin son ayələri və Səcdə surəsinin ilk ayələrini birnəfəsə qiraət edib.    /3916696

Ad:
E-poçt:
* Comment:
* captcha: