IQNA

22:20 - August 23, 2020
Xəbər sayı: 3487954
İmam Hüseynin (ə) hərəkatı məsum imam ünvanında bizə höccətdir, hər bir sözü və hər bir işi. Amma eyni halda biz bilirik ki, Əhli-Beyt (ə) özləri buyurublar ki, bizim hər bir sözümüz və əməlimiz Quran əsasındadır.

Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin Rusiyadakı nümayəndəsi və Moskva İslam Mərkəzinin rəisi Höccətülislam vəl-müslimin Sabir Əkbəri Ciddi, saytımıza göndərdiyi video müraciətdə qeyd ediblər ki, "Qurani-Kərim peyğəmbəri (s) və məsum imamları bizə imam və höccət qərar verib. Çox vaxt biz İslam peyğəmbərinin (s) sünnəsində bir çox şeyləri görürük ki, Qurani-Kərimdə o barədə net şəkildə danışılmayıb.

Niyə? Çünki Quran buyurur ki, 'Rəsul sizə nə əmr etsə yerinə yetirin və sizi nədən çəkindirsə, çəkinin'. Bu ayəyə əsasən Peyğəmbərin əmrləri eyni ilə Allahın ərmi və nəhyləri eyni ilə Allahın nəhyiləridir."

Ad:
E-poçt:
* Comment:
* captcha: