Tehran (IQNA) - İraqın Nəcəf şəhərində İmam Hüseyn (ə) əzadarları səhiyyə və sanitariya protokollarına kamil şəkildə riayət edərək əzadarlıq mukibləri qurublar.
Şiələrin əzəmətli təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin sanitariya protokollarına riayət edilməsi barədə tövsiyələri əsasında qurulmuş mukiblərdə İmam Hüseyn (ə) əzadarları Məhərrəm ayının ilk 10 günündə əzadarlıq edəcəklər. /3918997