IQNA

13:05 - September 01, 2020
Xəbər sayı: 3488021
İraq rəsmiləri cari ildə koronavirus pandemiyası ilə əlaqədar “Ərbəin” yürüşünə digər ölkələrdən zəvvarların İraqa girişinə icazə verilməyəcəyini açıqlayıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari  deyib. 
 
H. Zülfüqari  qeyd edib ki, bu günə olan son məlumat budur ki, İraq rəsmiləri digər ölkələrdən  zəvvarların Ərbəin yürüşünə  qatılmasına icazə verməyəcək. 
O qeyd edib ki, İraq rəsmiləri ilə davamlı olaraq bu məsələni müzakirə edirik, yeni məlumat olarsa  açıqlama veriləcək. 
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir. /3920313/
Ad:
E-poçt:
* Comment:
* captcha: