IQNA

Səud koalisiyası qadağan olunmuş bombalarla Yəməni bombalamaqda davam edir

20:58 - September 02, 2020
Xəbər sayı: 3488035
BMT bir məlumatda bildirib ki, səud koalisiyası Yəmənin Əlhudəydə şəhərinə qarşı hücumlarında qadağan olunmuş kasset bombalarından istifadə edir.

SəhərAzəri xəbər verir, MT bu məlumatda təcavüzkar səud koalisiyasının həmin hərəkətini tənqid edib.

Kasset bombalarından istifadə, 2008-ci ildə qəbul olunmuş kasset sursatları konvensiyasına əsasən, qadağandır.

Təcavüzkar səud koalisiyasının qırıcılari Yəmən şəhərlərini bombalamaq üçün indiyədək dəfələrlə kasset bombalarından istifadə ediblər.

Beynəlxalq Amnistiya Təşkilatı son zamanlar xəbərdarlıq edibdir ki, Yəməndə açılmamış kasset bombalarının olması bu ölkənin bəzi bölgələrini «mina meydanları»na çeviribdir.

Sahartv

captcha