IQNA

Hacı Əhliman Rüstəmovun istefa xəbəri yayılıb

21:23 - September 05, 2020
Xəbər sayı: 3488051
Hacı Əhliman Rüstəmovun istefa xəbəri yayılıb
Hacı Cavad məscidinin imamı Hacı Əhliman Rüstəmov Hacı Cavad məscidindəki vəzifəsindən istefa verdiyi bildirilir

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.com məsələ ilə bağlı ruhaninin qohumlarından birilə əlaqə saxlayıb, o faktı təsdiqləyib.

"4-5 gün öncə QMİ-dən və məscid imamlığından istefa verdiyi düzdür. Sosial şəbəkələrdə guya hacının tənqidlərə görə istefa verməsilə bağlı fikirlər səhvdir.", - deyə o  bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə ruhaninin istefa səbəbi Aşura mərasimlərinə şərait yaradılmaması göstərilir. Hələ ki, Hacı Əhliman Rüstəmov və rəsmi saytı tərəfindən rəsmi açıqlama verilməyib.

captcha