IQNA

Gürcüstanda İmam Hüseynin (ə) yas mərasimi təşkil olunub

9:30 - September 06, 2020
Xəbər sayı: 3488056
Gürcüstanın Laqodexi şəhərinin Qabal Uzuntala kəndində Həzrəti Əbəlfəzl Abbas (ə) məscidində, Kərbəla şəhidlərinə həsr olunmuş mərasim keçirilib.

Gürcüstanın Laqodexi şəhərinin Qabal Uzuntala kəndində Həzrəti Əbəlfəzl Abbas (ə) məscidində, Kərbəla şəhidlərinə həsr olunmuş mərasim keçirilib.

Məscidin Axundu Kərbəlai Kamranın qonaqlara baş sağlığı verməsindən sonra məclisi başlamaq üçün Quran qarisi Hacı Anar Bayramovu kürsüyə Qurani Kərimdən tilavət etməsi üçün dəvət edib.

Mərasimdə ilahiyyatçı alim Hacı Namiq Huseynov,  Haci Seyyid Rəhman,  Hacı Anar Bayramov olmaqla yerli kənd və rayon sakinləri iştirak ediblər.

Məclisdə Hacı Namiq Huseynov Kərbəla hadisəsinin əsil hədəflərindən və İmam Huseyn (ə) “هَلْ مِنْ ناصِرٍ یَنْصُرُنی “! “Yoxdurmu mənə komək edəcək bir nəfər?” nidasina İmamın (ə) yanıdakıların və bu zəmanədəkilərin həqiqətən “Ləbbeyk” deyib demədiklərini əməllərində necə göstərdiklərindən danışıb.

Mərasimdə Hacı Seyyid Rəhman, Haci Anar və Kamran Abbasov rövzə və mərsiyələr deyiblər. Məclisin sonunda Kərbəla Şəhidlərinin və Vətən uğrunda canlarından keçən Şəhidlərin Ruharına dualar oxunub və ehsan süfrəsi ilə məclis sona çatıb.

captcha