IQNA

9:35 - September 08, 2020
Xəbər sayı: 3488064
Səudiyyə Ərəbistanı “Ərəbistanlı Lourens” ləqəbli Tomas Edvard Lourensin evini bərpa etmək qərarına gəlib. Bu addımın turistləri cəlb etmək məqsədi ilə atıldığı qeyd edilir.

Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı “Ərəbistanlı Lourens” ləqəbli Tomas Edvard Lourensin evini bərpa etmək qərarına gəlib. Bu addımın turistləri cəlb etmək məqsədi ilə atıldığı qeyd edilir.

Bu barədə krallığın Turizm Nazirliyi məlumat verib.

Britaniyalı casusun evi Qırmızı dəniz sahilində yerləşən Yanbu şəhərində yerləşir və yarımxaraba haldadır.

“Ərəbistanlı Lourens” ingilis kəşfiyyatının əfsanələrindən hesab edilir. O, Böyük Britaniyanın maraqlarına uğurla qulluq edərək Ərəbistan yarımadasının ərəb tayfaları ilə Osmanlı imperiyası arasında düşmənlik toxumu səpib onları toqquşdururdu.

Ad:
E-poçt:
* Comment:
* captcha: