IQNA

Müqavimət, işğalçılarla mübarizə üçün ən təsirli seçimdir

21:40 - September 09, 2020
Xəbər sayı: 3488076
Həmas-ın siyasi bürosunun sədri müqaviməti sionist rejimlə mübarizə üçün ən təsirli seçim adlandırıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Səhər Azər-yə istinadla xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə dünən gecə Livanın Əlminar telekanalı ilə müsahibədə Əbu-Dəbi hökmranlarının Fələstin xalqına qarşı xəyanətinə işarə ilə deyib: Əmirliklər sionist düşmənlə münasibətlərin adiləşdirilməsini əsla əsaslandıra bilməz və bu saziş yalnız Amerika prezidenti Donald Trampa və sionist rejimin baş naziri Benyamin Netanyahuya xidmət istiqamətindədir.

Həmas-ın siyasi bürosunun sədri söyləyib: Fələstinlilər sionist rejimin planları, o sıradan digər ölkələrlə əlaqələri adiləşdirmək, sionist qəsəbələr salmaq və Qərb sahilini ilhaq etmək planları ilə mübarizə aparmaq üçün milli strategiya qəbul etməlidirlər.

İsmail Hənyə sonra deyib: Həmas Qəzzə ilə qərb sahili arasındakı ikitirəlik və ixtilaflara son qoymaq, azadlıq təşkilatını fəallaşdırmaq və xalq müqavimətinin gücləndirilməsinə əsaslanan milli layihə işləyib hazırlamaqdadır.

Teqlər: həmas ، fələstin ، müsəlman
captcha