IQNA

Kərbəla hərəmləri ƏRBƏİN mərasiminə hazırlaşır – FOTO

8:29 - September 15, 2020
Xəbər sayı: 3488114
Tehran (IQNA)  - İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseynin (ə) müqəddəs hərəmində ƏRBƏİN mərasimi zəvvarlarını qarşılamaq üçün lazım olan tədbirlər görülür.

İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseynin (ə) müqəddəs hərəmində ƏRBƏİN mərasimi zəvvarlarını qarşılamaq üçün lazım olan tədbirlər görülür.

Bu barədə Kərbəla şəhərinin müqəddəs hərəmlərinin mühəndislik və memarlıq layihələri idarəsi məlumat verib.

Məlumatda əsasən hazırda tikinti işləri gedən hərəmin həyətlərindən birində ƏRBƏİN mərasiminin keçirilməsi üçün lazım olan şərait yaradılır və hərəmin bütün işçiləri xidmətə hazır vəziyyətdədirlər.

Hərəmin Zeynəbiyyə qapısından ziyarətgaha daxil olan zəvvarlar Həzrət Zeynəb (s) adını daşıyan və Zeynəbiyyə adlanan 70 min kvadratmetrlik həyətdə əzadarlıq edə biləcəklər.

Qeyd edək ki, Həzrət İmam Hüseynin (ə) hərəminin cənub-qərbində Həzrət Zeynəbin (s) adını daşıyan 150 min kvadratmert sahəsi olan həyət (səhn) hazırlanır.   /3922932

افتتاح بخشی از صحن حضرت زینب(س) حرم امام حسین(ع) برای استقبال از زائران اربعین
 
افتتاح بخشی از صحن حضرت زینب(س) حرم امام حسین(ع) برای استقبال از زائران اربعین
 
افتتاح بخشی از صحن حضرت زینب(س) حرم امام حسین(ع) برای استقبال از زائران اربعین
captcha