IQNA

İsrail Qüdsdəki məscidi dağıdacaq

23:14 - September 17, 2020
Xəbər sayı: 3488127
İsrail Şəqri Qüdsdə yerləşən məscidi sökəcək. Söhbət Silvanda yerləşən 2012-ci ildə tikilmiş yüzlərlə insanın toplaşa bildiyi bin Əmr məscidindən gedir.

Az.shafaqna.com “Al Jazeera”-ya istinadən xəbər verir ki, İsrail Şəqri Qüdsdə yerləşən məscidi sökəcək.

Söhbət Silvanda yerləşən 2012-ci ildə tikilmiş yüzlərlə insanın toplaşa bildiyi bin Əmr məscidindən gedir.

Son illər yəhudi mühacirlər Silvanda Əqsa məscidinin yaxınlığında yerləşən və fələstinlilərə aid olan onlarla evi ələ keçiriblər.

Fələstin rəhbərliyi məsələ ilə bağlı Ərəb Ölkələri Liqası (ƏÖL) və İslam Əməkdaşlığı Təşkilatına (İƏT) müraciət edib.

Teqlər: israil ، qüds ، Şərqi Qüds
captcha