IQNA

23:35 - September 17, 2020
Xəbər sayı: 3488129
Avstraliyada kafelərdən birində hamilə müsəlman xanıma hücum edən islamofobun məhkəmə prosesi başlayıb.

Az.shafaqna.com ABC-a istinadən xəbər verir ki, Avstraliyada kafelərdən birində hamilə müsəlman xanıma hücum edən islamofobun məhkəmə prosesi başlayıb.

Xatırladaq ki, yerli sakin Stipe Lozine kafedəki hicablı müsəlmanların əyləşdiyi yerə yaxınlaşaraq Rəna Elasmar adı müsəlman xanımı döyərək islamofob şüarlar səsləndirməyə başlayıb. Cani azı 14 dəfə müsəlman xanımın başına zərbə endirib və zərbələr nəticəsində yerə yıxılmış Rənanı 2 dəfə təpikləyib.

Hücumdan 3 həftə sonra Rəna sağlam övlad dünyaya gətirsə də, hücumunda sonrakı psixoloji travma müsəlman xanımı hələ də tərk etmir.

32 yaşlı xanım məhkəmədə hadisə barədə göz yaşları içərisində danışıb və bildirib ki, caninin hücum səbəbi məhz onun hicabı olub.

Mən qəsdən qarnımı zərbələrdən qoruyurdum, yadımdadır, (öz-özümə) düşünürdüm ki, başıma zərbə endirsin, amma övladıma toxunmasın”, – deyə Rəna bildirib.

Prokuror məhkəməyə bəyan edib ki, cinayətin islamofob zəmində törədildiyindən əmindir.

Proses davam etməkdədir.

Ad:
E-poçt:
* Comment:
* captcha: