IQNA

Fələstində ‘Qəzəb günü’ elan olunub

7:55 - September 19, 2020
Xəbər sayı: 3488142
Fələstin Milli Müqavimət Birliyinin rəhbərliyi BƏƏ və Bəhreynin Sionist rejim ilə münasibətləri normallaşdırmaq barədə əldə etdiyi razılaşmaya etiraz olaraq “Qəzəb günü” elan edib.

Fələstin Milli Müqavimət Birliyinin rəhbərliyi  BƏƏ və Bəhreynin Sionist rejim ilə münasibətləri normallaşdırmaq barədə əldə etdiyi razılaşmaya etiraz olaraq “Qəzəb günü” elan edib. 
Bu çağırışda Fələstinin hər yerindəki məscid imamlarından cümə xütbələrində işğalçı rejimlə əlaqələrin normallaşması və ərəb hökmdarlarının Fələstin xalqına xəyanət məsələsi haqqında çıxışlar edilməsi istənilib. 
Bundan başqa Fələstin xalqından istənlib ki, xain razılaşmanı pisləmək üçün işğal olunmuş ərazilərin müxtəlif yerlərində qara bayraqlar qaldırılsın. 
Digər tərəfdən, xalq komitələri Fələstin ictimaiyyətini Sionist rejimə qarşı ayağa qalxmağa və İordan çayının qərb sahilinin müxtəlif yerlərində işğalçılarla qarşı aksiyalar keçirməyə çağırıb.  /3923613
captcha