IQNA

2:22 - September 24, 2020
Xəbər sayı: 3488183
Tehran (IQNA)  - Suriyanın Dəməşq universitetinin Hədis Elmləri ustadı, Quran hafizi və təfsirçisi Dr. Nuruddin Məhəmməd əl-İtr əl-Hənəfi əl-Hələbi ötən gün 83 yaşında ikən vəfat edib.

Suriyanın Dəməşq universitetinin Hədis Elmləri ustadı, Quran hafizi və təfsirçisi və Hənəfi məzhəbinin fəqihi Dr. Nuruddin Məhəmməd əl-İtr əl-Hənəfi əl-Hələbi ötən gün 83 yaşında ikən vəfat edib.

Ata tərəfindən İmam Həsən (ə) və ana tərəfindən İmam Hüseyn (ə) nəslindən olan bu seyyid 1937-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. 1954-cü ildə orta təhsilini başa vurduqdan sonra Misrin əl-Əzhər universitetində ali dini təhsilini davam etdirib. 1958-ci ildə əl-Əzhərin ilk məzunlarından olub.

Ustad Nuriddin əl-İtr 1964-cü ildə Təfsir və Hədis Elmləri üzrə doktorluq dərəcəsini əldə edib. Bundan sonra Suriyaya qayıdıb. Bir müddət vətəndə dini elmləri tədris etdikdən sonra 1965-ci ildə Mədinənin İslam universitetində Hədis Elmlərini tədris etməyə başlayıb.

İki il sonra, yəni 1967-ci ildə isə yenidən Dəməşqə qayıdıb. Həmin ildən vəfatınadək Dəməşq və Hələb universitetlərində elmi araşdırma və tədrislə məşğul idi.  /3924988

 

Teqlər: Nuriddin ، Nuruddin ، Nurəddin ، əl-İtr ، hədis ، təfsir
Ad:
E-poçt:
* Comment:
* captcha: