IQNA

17:54 - October 07, 2020
Xəbər sayı: 3488320
Tehran (IQNA)  - Liviyada yeddi ay öncə koronavirus pandemiyasının qarşısının alınması hədəfi ilə bağlanmış məscidlərin qapıları yenidən namazqılanların üzünə açılacaq.

Liviyada yeddi ay öncə koronavirus pandemiyasının qarşısının alınması hədəfi ilə bağlanmış məscidlərin qapıları yenidən namazqılanların üzünə açılacaq.

Bu barədə Liviyanın İslami işlər və fondlar idarəsi qərar verib. Qərara görə koronavirus səbəbi ilə yeddi ay öncə fəaliyyətini dayandırmış məscidlər cari həftənin Cümə günü fəaliyyətin yenidən bərpa edəcəkdir.

Liviyanın İslami işlər və fondlar idarəsi bu barədə yaydığı bəyanatda deyilir ki, məscidlərin açılması barədə qərar koronavirusla mübarizə qərargahı ilə müşavirədən sonra verilmişdir.  

Bəyanatda vurğulanıb ki, məscidə ibadətə gələnlər koronavirusla mübarizə qaydalarına və sanitariya protokollarına riayət etməli və məscidlərin idarə heyətləri namazqılanların sanitariya qaydalarına riayət etməsinə nəzarət etməlidirlər.

Qeyd edək ki, indiyədək Liviyada 38 min nəfərdən çox koronavirusa yoluxub. Onlardan 602 nəfəri ölüb və 15 min nəfəri tamamilə sağalıb.

/3927829

Teqlər: koronavirus ، məscid ، liviya
Ad:
E-poçt:
* Comment:
* captcha: