Misrin baş müftisi Şövqi Əllam sinifdə şagirdlərə İslam Peyğəmbərini (s) təhqir edən karikaturanı göstərən müəllimin qətlə yetirilməsini kəskin qınayıb.
Misrin baş müftisi Şövqi Əllam bu hadisəni terror cinayəti adlandıraraq deyib: Belə bir cinayət İslam dini baxımından qəbuledilməzdir. Heç bir şeylə izah edilə bilməz. Çünki İslam dinində insanın canı və qanı möhtərəmdir.
O əlavə edib: Allah-Taala peyğəmbərə (s) əmr edib ki, insanları münasib yolla dinə dəvət etsin, qan tökmək ilə deyil. Terrorizm radikalların və təkfirçilərin metodudur.
Şövqi Əllam bu kimi hadisələrin qarşısının alınması, dinlərə, irqlərə və cinslərə qarşı nifrət yaymağı dayandırmaq üçün qanun qəbul edilməsini zəriri hesab edib. /3929712