Əbu Möhsün əl-Misri adlanan bu şəxs əl-Qadiə terror təşkilatının Əfqanıstan qolunun ikinci adamı hesab edilirdi.
Hindistan yarımadasında əl-Qaidə terror təşkilatının ikinci adamı sayılan əl-Misri Əfqanıstanın Ğəzni vilayətində məhv edilib.
Əfqanıstanın Milli Təhlükəsizlik Naziri Məsud Əndərabi bu barədə deyib: əl-Qaidənin ikinci adamının Əfqanıstanda öldürülməsi bunu göstərir ki, Taliban təşkilatının bu terrorçu qruplaşma ilə əlaqəsi var.
Qeyd edək ki, 19 il öncə Amerika Əfqanıstana hərbi hücum etmiş və bəhanəsi də Taliban təşkilatının əl-Qaidə terror təşkilatını dəstəkləməsi olmuşdu. Hazırda isə Amerika Taliban təşkilatı ilə razılığa gələrək Əfqanıstandakı silahlı qüvvələrinin sayını azaltmışdır. Bu razılaşmaya əsasən 2021-ci ilin May ayınadək xarici hərbi qüvvələr Əfqanıstanı tərk etməlidir. /3931129