IQNA

22:46 - October 25, 2020
Xəbər sayı: 3488450
Tehran (IQNA) – Samerra şəhərində Həzrət İmam Həsən Əskəri və İmam Hadinin (ə) ziyarətgahında İmam Həsən Əskərinin (ə) şəhadəti  münasibəti ilə əzadarlıq edən zəvvarla 350 min pors yemək paylanılıb.  

İraqın Samerra şəhərində Həzrət İmam Həsən Əskəri və İmam Hadinin (ə) ziyarətgahında İmam Həsən Əskərinin (ə) şəhadəti  münasibəti ilə əzadarlıq edən zəvvarla 350 min pors yemək paylanılıb.  

Əskəriyyin İmamları (ə) hərəminin "ziyafət" şöbəsinin məsulu Seyyid Mustafa Hüseyni bu barədə deyib: Həzrət İmam Həsən Əskərinin (ə) şəhadəti münasibəti ilə Samerra şəhərinə əzadarlığa gələn zəvvarlara iki gün ərzində (24 və 25 Oktyabr) 350 min pors yemək verilib.  

O əlavə edib: Həzrət İmam Həsən Əskərinin (ə) şəhadəti gecəsi (25 Oktyabr) və günü (26 Oktyabr) zəvvarların sayı çoxalmaq üzərə davam edəcək.

O əlavə edib: Əskəriyyin (ə) hərəmin "ziyafət" şöbəsi İraqın digər müqəddəs məkanlarından gələn heyət və mukiblərin həmkarlığı ilə zəvvarlara xidmət göstərmək üçün geniş və hərtərəfli proqram hazırlamışdır.  

Bundan əlavə bütün zəvvarlara tibbi və sanitar xidmətlər də göstərilir. /3931174

Ad:
E-poçt:
* Comment:
* captcha: