IQNA

10:01 - October 28, 2020
Xəbər sayı: 3488480
İran xin-nin siyasi məsələlər üzrə müavini Bakıya gələn kimi Tehranın Qarabağ münaqişəsinin həlli barədə təklif etdiyi təşəbbüs planına işarə edib, bildirib ki, İran bölgədə sülhün bərqərarına çalışır.

Seyyed Əbbas Əraqçi vurğulayıb ki, Bakıya səfəri Azərbaycan Respublikası ilə Ermənistan arasındakı döyüşlərə son qoyulmasında təsirli olan bəzi region ölkələrinə dövri səfər çərçivəsində həyata keçir.

Qeyd edib ki, səfərdə əsas məqsəd, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı konfliktin həlli və bu iki ölkə arasında davamlı sülhə nail olmaq istiqamətində İran İslam Respublikasının təklif etdiyi təşəbbüs planını təqdim etməkdir.

İran İslam Respublikası prezidentinin xüsusi nümayəndəsi Azərbaycan Respublikası ərazilərinin işğalına son qoyulması məsələsini İranın təşəbbüs planındakı vacib bir element adlandırıb və belə söyləyib: Azlıqların hüquqlarının qorunması və dostcasına insan hüquqları, İranın Qarabağ münaqişəsinə son qoymaq üzrə təşəbbüs planının digər bir əsasıdır.

Əraqçi sonra belə qeyd edib: Sülhün təmin edilməsi məqsədilə təsirli ölkələrin köməyilə konfliktə son qoyulması və danışıqların başlanması İran İslam Respublikasının təşəbbüs planının digər əsas istiqamətlərindəndir.

İran İslam Respublikası ilə Azərbaycan Respublikasını iki dost və qonşu ölkə adlandıran İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini həmçinin deyib ki, İran Azərbaycan Respublikasının öz işğal olunmuş şəhər və bölgələrinin azad edilməsi üzrə səylərini daima himayə edir.

Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov və bu ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikasının digər rəsmiləri ilə görüşlər Əraqçinin Bakı səfərinin proqramlarındandır.

Əraqçi Azərbaycan Respublikası rəsmilərilə danışıqlardan sonra Moskvaya və İrəvana, daha sonra isə Ankaraya səfər edəcəkdir ki, Tehranın Qarabağ münaqişəsinin həlli barədə təklif etdiyi təşəbbüs planını bəyan etmiş olsun. /səhər tv

Ad:
E-poçt:
* Comment:
* captcha: