IQNA

34-cü İslam Vəhdət Konfransı 47 ölkədən qonaqların iştirakı ilə virtual formatda keçiriləcək

20:35 - October 28, 2020
Xəbər sayı: 3488486
İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının təşəbbüsü ilə 34-cü İslam Vəhdət Konfransı 29 oktyabr - 2 noyabr tarixlərində Tehranda virtual formatda keçiriləcək.
İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının təşəbbüsü ilə   34-cü İslam Vəhdət Konfransı 29 oktyabr - 2 noyabr tarixlərində Tehranda virtual formatda keçiriləcək.
"Təbii fəlakətlər qarşısında İslami əməkdaşlıq" mövzusu ilə keçirilən konfransda  dünyanın 47 ölkəsindən dini, elmi və siyasi şəxsiyyətlər iştirak edəcək. 
İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının  baş katibi höccətül-İslam Həmid Şəhriyari bildirib ki, konfransda 47 ölkədən 167 xarici qonaq və İslam dünyasının tanınmış simaları , həmçinin 120 İranlı natiq  çıxış edəcək"
O qeyd edib ki, 5 günlük konfransın proqramına Fələstinlə əlaqəli iki kitabın təqdimatı, Vəhdət radiostansiyasının açılışı və Vəhdət informasiya portalında min məqalənin təqdimatı nəzərdə tutulub. 
Konfransın son mərasimi 2 noyabr tarixində İslam Peyğəmbərinin (s) mövlud gününün axşamı görkəmli yerli dini,siyasi və ictimai xadimlərin iştirakı ilə baş tutacaq. /3931472
برنامه‌های هفت‌گانه کنفرانس وحدت / سخنرانی مجازی 167 شخصیت جهان اسلام از 47 کشور

 

 

captcha