IQNA

21:56 - November 30, 2020
Xəbər sayı: 3488751
Tehran (IQNA) -  İranın Xuzistan əyalətinin Quran fəalı və təcrübəli Quran ustadı Mehdi Dəğağələ dünyaşöhrətli Quran qarisi Əbdülbastin səsinin sehirli təsirini onun ixlası ilə əlaqələndirib.

Tehran (IQNA) -  İranın Xuzistan əyalətinin Quran fəalı və təcrübəli Quran ustadı Mehdi Dəğağələ dünyaşöhrətli Quran qarisi Əbdülbastin səsinin sehirli təsirini onun ixlası ilə əlaqələndirib.

Quran fəalı və təcrübəli Quran ustadı Mehdi Dəğağələ dünyaşöhrətli misrli Quran qarisi Şeyx Əbdülbasit Əbdüssəmədin səsinin sadə, misilsiz və təsirli olmasının səbəblərindən danışaraq deyib:

Əbdülbasit Quranı sadə və həzin melodiya ilə tilavət edirdi. Onun səsi asan olduğu qədər də əlçatmaz idi.

Onun səsinin ecazkar təsirinin ilk amili zəngin mənəviyyatı olması idi. Çünki çox eşqlə, sədaqətlə, imanla, təvazökarlıqla və Allah üçün xalis niyyətlə tilavət edərdi. Bundan əlavə də həyatında fədakar və zahid idi.

Onun həyatı ilə maraqlananlar bilirlər ki, Əbdülbasiti ilk dəfə məşhur edən tilavət Həzrət Zeynəbin (ə) miladında icra etdiyi tilavət olub. Onun Əhli-Beyti (s) və İmam Hüseyni (ə) sevməsi dillər əzbəridir.

O həmişə Quran tilavətindən öncə dəstəmaz alar və iki rəkət şükr namazı qılardı.  

İranın Xuzistan əyalətinin Quran fəalı və təcrübəli Quran ustadı Mehdi Dəğağələ əlavə edib: Əbdülbasitin səsindəki təsirin ikinci amili onun səsisinin özüməxsus olmasıdır. Səsində mələkuti bir təsir var. Sanki bu səsi Allah birbaşa ona inayət edib. O çox sadə melodiyalar ilə tilavət edirdi. Buna görə də səsi uşaq, yeniyetmə, cavan və yaşlılarda eyni təsirə malik və asan həzm edilən idi.  /3938194

Ad:
E-poçt:
* Comment:
* captcha: