Tehran (IQNA) - Azərbaycan respublikasının Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir Azərbaycan məscidinə qarşı islamofobiya zəminində etdiyi hörmətsizliklə bağlı məlumat verib.
O, bu barədə “Twitter” sosial şəbəkə hesabında paylaşım edib.
“Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər”.