IQNA

21:15 - December 02, 2020
Xəbər sayı: 3488769
İran Kinematoqrafiya Rejissorları Birliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının baş katibi Quterreşə iranlı alim Möhsün Fəxrizadəyə edilən terror hücumunu pisləmək üçün məktub göndərilib.

İran Kinematoqrafiya Rejissorları Birliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə iranlı alim Möhsün Fəxrizadəyə edilən terror hücumunu pisləmək üçün məktub göndərilib.  

İran film ictimaiyyətinin məktubunda yazılıb:  

"Terrorizm BMT-nin humanitar dəyərlərinə və İnsan Hüquqları Konvensiyasına ziddir. Təəssüf ki, İranın nüvə sahəsində birinci dərəcəli alimlərinin qətlinə şahidi oluruq və bundan əvvəl general Qasim Süleymani iyrənc bir hücuma məruz qalmış və qurban getmişdi.

Bu mövzuda susmaq BMT-nin öhdəliyinə və qaydalarına ziddir.   Film rejissorları olaraq, digər sənətkarlarla və İran xalqı ilə birlikdə bu barbar hərəkətin BMT tərəfindən pislənməsini istəyirik.  

Fransa hökumətinin bir müəllimin həyatını qorumaq üçün 1 milyard yarımdan çox müsəlmanın dini dəyərlərini təhqir edərək, hər şeyi riskə atdığı bir vaxtda BMT-dən İrandakı terror aktı ilə bağlı açıq bir mövqe nümayiş etdirməsini və eyni zamanda digər ölkələrin terrorizmə dəstəyini araşdırmaq üçün bir komissiya qurmağını tələb edirik".  

İranın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasının tərəfdarı olduğu qeyd olunan məktubda "Bu amansız sui-qəsd regionun sabitliyini pozmaqla yanaşı, eyni zamanda ABŞ-ın terrorçu rejim İsraili dəstəkləməsi də regiondakı qeyri-sabitliyi daha da artıracaq", - deyə bildirilib.  

İran Kinematoqrafiya Rejissorları Birliyi beynəlxalq ictimaiyyətin Möhsün Fəxrizadənin qətlinə cavab olaraq məqbul addımlar atmalı olduğunu vurğulayıb.  

Xatırladaq ki, noyabrın 27-də Tehran ərazisində İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, nüfuzlu nüvə alimi Möhsün Fəxrizadə terror hücumu nəticəsində qəltə yetirilib. /3938725

 

Ad:
E-poçt:
* Comment:
* captcha: