IQNA

22:23 - December 06, 2020
Xəbər sayı: 3488796
Azərbaycan Respublikasında son sutkada 4356 nəfər COVID-19-a yoluxub, 2517 nəfər sağalıb, 39 nəfər vəfat edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SaharAzəri-yə istinadla xəbər verir, Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son 24 saat ərzində (COVID-19) infeksiyasına 4356 yeni yoluxma faktı qeydə alınıb,  2517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Bu ölkədə indiyədək ümumilikdə 146679  nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 88497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 nəfərdir.

Azərbaycanda son sutka ərzində 19197, hazırkı dövrədək isə 1837001 test aparılıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: