IQNA

"İslami Cihad" hərəkatı "Hizbullah"ın addımını strateji uğur olaraq xarakterizə etdi

12:06 - December 08, 2020
Xəbər sayı: 3488806
Fələstinin "İslami Cihad" hərəkatı Livanın "Hizbullah" hərəkatı ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, İsrail rejimi artıq heç bir halda təhlükəsiz olmayacaq.

Yazılı açıqlamada bildirilir ki, "Hizbullah"a məxsus pilotsuz uçan aparatın işğal altındakı əl-Cəlil bölgəsindəki kəşfiyyat uçuşu böyük strateji əhəniyyətə malikdir.

"Bu hadisə "Hizbullah" nümunəsində müqavimət cəbhəsinin özünü hərbi sahədə necə inkişaf etdirildiyini göstərir. Artıq İsrail rejimi qorxu içərisindədir", - deyə açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, İsrail rejimi artıq heç bir halda təhlükəsiz olmayacaq.

Teqlər: hizbullah ، livan ، filistin ، israil
captcha