IQNA

BMT-dən Fransaya: Bu, müsəlmanları hədəf alır

8:04 - December 11, 2020
Xəbər sayı: 3488825
“Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir”.
Fransada təhlükəsizliklə bağlı qəbul edilən qətnamənin Afrika əsillilər və digər milli azlıqlar üçün mənfi təsirləri ola bilər.
Bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet deyib.
M.Baçelet yeni qanunun 24-cü maddəsini sərt tənqid edərək, burada müsəlmanların hədəf alınacağından ehtiyatlandığını dilə gətirib:
“Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir”.
Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş təhlükəsizlik qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.
/ İslamTimes /
Teqlər: bmt ، fransa ، islamofobiya
captcha