IQNA

"Bizim xoşbəxt dostumuz" kitabının təqdimat mərasimi keçiriləcək

8:35 - December 11, 2020
Xəbər sayı: 3488827
Tehran (IQNA) -  General Şəhid Qasim Süleymaninin mənəvi həyat tərzindən bəhs edən "Rəfiqe Xoşbəte Ma" kitabının Urdu dilinə tərcüməsinin təqdimat mərasimi keçiriləcək.

General Şəhid Qasim Süleymaninin mənəvi həyat tərzindən bəhs edən "Rəfiqe Xoşbəte Ma" kitabının Urdu dilinə tərcüməsinin təqdimat mərasimi keçiriləcək.

Hindistan, Pakistan və Əfqanıstanda yaşayan milyonların insanın danışdığı URDU dilinə tərcümə edilmiş kitabda sionist Amerika tərəfindən terror edilən General Şəhid Qasim Süleymaninin mənəvi həyat yolundan bəhs edilir.

Kitabın təqdimat mərasimi Pakistanın Kəraçi şəhərində və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə keçiriləcək.

Kitabın adı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei cənablarının Qum əhalisi görüşündəki çıxışından götürülüb. Ali Məqamlı Rəhbər həmin görüşdə Şəhid Hacı Qasim Süleymaniyyə işarə edərək "Bizim yaxşı, əziz, şücaətli və xoşbəxt dostumuz getdi və mələkut aləminə ucaldı" demişdi.

Məşhədin İmam Rza (ə) Hərəmi Nəşriyyatı tərəfindən çap və nəşr edilən bu kitabın Urdu dilinə tərcümə Şəhid Hacı Qasim Süleymaninin şəhadətinin ildönümündə təqdim ediləcək.

Kitabda Şəhidin həyat tərzi, vəsiyyətnaməsi, həmkarlarının onun barəsində xatirəsi, silahdaşlarının onun sözlərindən rəvayəti və mənəvi və irfani həyatı barədə söhbət açılıb.  /3940330

captcha