IQNA

0:26 - December 20, 2020
Xəbər sayı: 3488884
Tehran (IQNA) -  Bu gün, cari həftənin Bazar günü (20 Dekabr 2020), AŞURA Beynəlxalq Fondu tərəfindən "İsa ibn Məryəm, tolerantlıq və dialoq simvoli" vebinarı keçiriləcək.

Bu gün, cari həftənin Bazar günü (20 Dekabr 2020), AŞURA Beynəlxalq Fondu tərəfindən "İsa ibn Məryəm, tolerantlıq və dialoq simvoli" vebinarı keçiriləcək.

Vebinar İran İslam Respublikasının AŞURA Beynəlxalq Fondu, Livan Vahid Ümmət Mərkəzi və "Avropa Əhli-Beyt (ə) Davamçıları Qadınlar Birliyi"nin həmkarlığı ilə keçiriləcək.

Bu virtual iclasda müxtəlif ölkələrin araşdırmaçı yazarları, mütəfəkkirləri və dini şəxsiyyətləri, o cümlədən Ayətullah Məhəmmədhəsən Əxtəri (AŞURA Beynəlxalq Fondunun icraçı katibi), Yepiskop Michael Moza (İtaliyanın Dinlərarası Dialoq Mərkəzinin rəisi və Vatikanın rəsmi nümayəndəsi), Livanın Vahid Ümmət Mərkəzinin rəisi, UNESCO-nun yepiskopu, Avropa Qadınlar Birliyinin Təbliğat İşləri məsulu, Avropanın İslam və Xristianlıq Dialoqu Mərkəzinin baş katibi və Livanın Tövhid Hərəkatının baş katibi iştirak edəcəklər.

Vebinar Tehran vaxtı ilə axşam saat 20:30-da başlayacaq və ZOOM proqramı üzərindən icra ediləcək.

Vebinara qoşulmaq istəyənlər aşağıdakı link, istifadəçi adı və kodu ilə iclasda iştirak edə bilərlər.

Vebinara qoşulmaq üçün qarşıdakı ZOOM sözünün üzərinə tıkla.

İstifadəçi adı: 3468614850

Keçid sözü (parol, kod): 564894

/3941961/

Ad:
E-poçt:
* Comment:
* captcha: