IQNA

Kürdüstan İslami Fondlar İdarəsi: Köhnəlmiş dini kitabların müqəddəsliyi qorunsun

20:48 - December 20, 2020
Xəbər sayı: 3488889
Tehran (IQNA) - İraqın Kürdüstan iqliminin İslami Fondlar (Vəqflər) İdarəsi məktəb direktorlarına köhnəlmiş dini və İslam maarifinə aid kitabların müqəddəsliyinin qorunması barədə göstəriş verib.

İraqın Kürdüstan iqliminin İslami Fondlar (Vəqflər) İdarəsi məktəb direktorlarına köhnəlmiş dini və İslam maarifinə aid kitabların müqəddəsliyinin qorunması barədə göstəriş verib.

İraqın Kürdüstan iqliminin İslami Fondlar (Vəqflər) İdarəsi məktəb direktorlarına bildirib ki, orta təhsil ocaqlarında şagirlərin istifadə etdiyi dini kitablar köhnəldikdən sonra onları məhv edərkən şəri qaydalara əməl edilsin.

İraqın Kürdüstan iqliminin Ərbil əyalətinin şimalında yerləşən Suran regionunun İslami Fondlar (Vəqflər) İdarəsi bu gün (Bazar, 20 Dekabr 2020) köhnəlmiş dini kitablar barədə məktəb direktorlarına bildiriş göndərib.

Bildirişdə məktəb məsullarının diqqəti dini kitablardakı müqəddəs mətnlərə (Quran ayələri və hədislər) çəkilib və onların zibil səbədlərinə atmağın şəriətə uyğun olmadığı elan edilib.

İslami Fondlar İdarəsinin bu addımı atmağına səbəb dini kitabların zibil səbədlərinə və yol kənarlarındakı zibilliyə atılması barədə vətəndaşlardan daxil olan şikayətlər olub. /3942213

 

captcha