IQNA

İmam Əlinin (ə) hərəmində keçirilən əzadarlıq məclisinə müctəhidlər də qatıldı

6:54 - December 30, 2020
Xəbər sayı: 3488952
İraqın Nəcəf-Əşrəf şəhərində, İmam Əlinin (ə) mütəhhər hərəmində Əyyami Fatimiyyə əzadarlıq günləri münasibətilə matəm məclisləri keçirilir. Əzadarlığa elmi hövzənin tələbə və ustadları da qatılıb.

İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmində Əyyami Fatimə (s.ə.) münasibətilə matəm məclisləri keçirilir.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, İraqın böyük məcəyi-təqlid alimi Ayətullah Bəşir Ən-Nəcəfi matəm münasibətilə başsağlığı vermək üçün İmam Əlinin (ə) hərəminə gəlib. Böyük Əhli-Beyt (ə) alimini İraqın müxtəlif vilayətlərindən gələn Fatiməsevərlər müşayiət edib.

Hərəmə günün müxtəlif vaxtlarında gələn əzadarlıq heyyətləri də əza məclisləri təşkil edirlər, Əziz Rəsulallahın (s) şəhid qızı (s.ə.) üçün göz yaşı axıdırlar. /imamali.net

captcha