IQNA

20:18 - December 30, 2020
Xəbər sayı: 3488958
Şəhid general-leytenant Süleymaninin qızı Livanın Əl-Məyadin televiziyasına atasının şəhid olmasının birinci ildönümü münasibətilə verdiyi televiziya müsahibəsində, bəzi xüsusiyyətlərini açıqlayıb.

İranın İslam İnqilabı Korpusunun Qüds Qüvvələrinin keçmiş komandiri şəhid general-leytenant Qasım Süleymaninin qızı Livanın Əl-Məyadin televiziyasına atasının şəhid olmasının birinci ildönümü münasibətilə verdiyi televiziya müsahibəsində, bəzi xüsusiyyətlərini açıqlayıb.

Zeynəb Süleymani televiziya müsahibəsində bunları deyib: “İnqilabın Ali Rəhbəri Hacı Qasım Süleymani üçün şah damar idi və özünü İran xalqının və liderinin əsl əsgəri hesab edirdi”.

Atasının döyüş meydanında həm komandir, həm də əsgər olduğunu deyən Zeynəb Süleymani, sözlərinə belə davam edib: “Atamın həyatı həmişə təhlükələrlə dolu idi və hər dəfə (döyüş meydanına) getdikdə düşmənləri ilə əhatə olunurdu. Hətta bir dəfə Amerikanın iki döyüş təyyarəsi atamın olduğu təyyarəni hədəfə almağa çalışdı.

Sərdar Süleymani, hərbi və əzəmətli şəxsiyyət olmasına baxmayaraq, mərhəmətli qəlbə sahib idi və sevgisi ilə başqalarını cəlb edirdi. Şəhid komandir döyüş sahələrində öndə idi və meydandan uzaqdan əmr edən biri deyildi. Şəhid Süleymani Əmirli şəhərini azad etmək əməliyyatında meydanlarda olmasının mühasirədə olan və həyatları təhlükədə olan qadın və uşaqların laqeyd qala bilməyəcəyini əsaslandırmışdı.

Hacı Qasım Suriyaya girəndə əslində İranı və Suriyanı eyni anda müdafiə edirdi ... Atam Fələstin iddiasını daşıyan qüvvənin komandiri və rəhbəri idi. Fələstin mübarizəsi və milləti onun üçün çox vacib idi. Bu gün Fələstin müqavimətinin israilliləri qorxutduğunu görürük.

Hacı Qasımın Fələstin xalqı üçün mirası İsrail rejiminin işğalının davam etməsinə imkan verməyəcək”.

Hacı Qasım İraq üçün səylərini ikiqat artırdı ... İraqda, Suriyada, Fələstində və Livanda, hətta missiyası bundan da artıq olan İranda müqavimət yaratdı”.

O, atasının şəhid Əbu Mehdi Əl-Mühəndisə münasibətini dərin və səmimi olaraq xarakterizə edir.

O, atasını şəhid Əbu Mehdi Əl-Mühəndissiz heç görmədiyini bildirir. Zeynəb Süleymaninin dediyinə görə, şəhid Əbu Mehdi onsuz da Allahdan bir gün şəhid Hacı Qasımın başına pis hadisə gələcəksə, bu dünyada olmamasını və bu günü görməməsini dilədiyini söyləyib.

Zeynəb Süleymani atasının Seyid Həsən Nəsrullahla münasibətini qardaş sevgisi adlandıraraq, belə deyib: “Atam həqiqətən özünü İmam Xameneinin və İran xalqının əsgəri hesab edir və rəhbərin aşiqi idi. Şəhid Hacı Qasımın Həzrət Ağaya olan sevgisini təsvir etsəm, deyərdim ki, şəhid Hacı Qasımın şah damarı idi.

Hizbullahın şəhid komandiri İmad Muğniyənin şəhadəti zamanı atam Əhməd Kazıminin şəhid olduğu dövrdə yaşadığı hissləri keçirmiş və bu barədə onun haqqında yayımlanan filmdə görülə bilər.

Bu müsahibə, şəhid Hacı Qasım Süleymaninin iki həftə davam edən şəhadətinin birinci ildönümü münasibətilə Əl-Məyadin Xəbər Şəbəkəsinin xüsusi verilişləri şəklində yayımlanıb. / iribnews

Ad:
E-poçt:
* Comment:
* captcha: