IQNA

23:42 - December 31, 2020
Xəbər sayı: 3488960
Almaniyanın Hessen vilayətinin Vextersbax şəhərindəki bir məscidə təhdid məzmunlu məktub göndərilib.

IQNA-nın verdiyi xəbərə görə, Almaniyanın Hessen vilayətinin Vextersbax şəhərindəki bir məscidə təhdid məzmunlu məktub göndərilib.  

Vextersbax şəhər Din İnstitutunun Türk-İslam Birliyinin (DİTİB) nümayəndəsi Hakan Akbulut poçtla göndərilən bir məktub aldıqlarını və üzərində göndərən barədə məlumatların olmadığını söyləyib.  

Akbulut məktubda svastika və irqçi ifadələr olduğunu bildirib.  

Təhdid məzmunlu bir mesajla qarşılaşdıqlarını bildirən Akbulut bunun demokratiya və insan hüquqları prinsiplərinə uyğun olmadığını ifadə edib. /3944620/

Ad:
E-poçt:
* Comment:
* captcha: