IQNA

7:40 - January 16, 2021
Xəbər sayı: 3489050
Hindistanın müsəlman icmasının ölkənin bəzi ştatlarında qəbul edilən “digər dinə sövq edilməsinin qadağası” qanununa etirazına Ali Məhkəmədə baxılsa da, nəticə müsbət olmayıb.

Hindistanın müsəlman icmasının ölkənin bəzi ştatlarında qəbul edilən “digər dinə sövq edilməsinin qadağası” qanununa etirazına Ali Məhkəmədə baxılsa da, nəticə müsbət olmayıb. Hindistanda bu qanun artıq “eşq cihadı” qanunu kimi tanınıb.

Az.shafaqna.com “Aljazeera”ya istinadla xəbər verir ki, sözügedən qanun Uttar-Pradeş, Uttarakhand və Madhya-Pradeş ştatlarında qəbul edilib. Qanuna əsasən, hindu qadınları ilə ailə quran və onları daha sonra İslamı qəbul etməyə sövq edən müsəlmanları həbs cəzası gözləyir. Hindistanın bir sıra digər ştatları da bu qanunun qəbuluna hazırlaşır.

Bildirək ki, Hindistanda millətçi hindu Bharatiya Cənnət partiyası hakimiyyətə gəldikdən sonra ölkədə müsəlmanların hüquqlarını pozan çox sayda qanunlar qəbul edilib, müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, 1,3 milyard əhalisi olan Hindistanda 195 milyon müsəlman yaşayır. Bu rəqəmlərin nisbəti çox böyük olmasına rəğmən, yalnız Atter-Pradeş ştatında nəzər saldığımız qanunun tətbiqi ilə 86 müsəlmana qarşı cinayət işi açılıb, onlardan 54-ü artıq həbs edilib. Bu 86 nəfərdən 79-u müsəlman kişilərdir. Onlar “hind qadınları yoldan çıxarmaqda və onları İslamı qəbul etməyə məcbur edilmədə” günahlandırılıblar.

Ad:
E-poçt:
* Comment:
* captcha: