IQNA

11:39 - January 17, 2021
Xəbər sayı: 3489061
Həzrət Fatimeyi-Zəhra (s.ə) haqqında çox sayda hədis nəql edilir ki, o xanımın Allah yanındakı uca məqamından danışılır və xaanımın (s) Allah-Taala və məsumlar yanındakı mənziləti bəyan edilir.

Həzrət Zəhra (s.ə) haqqında çox sayda hədis nəql edilir ki, o banunun Allah yanındakı uca məqamından bəhs edir.

Onun bu məqamı elə uca məqamdır ki, heç bir insanın belə bir məqamı olmamışdır.

Cabir, İmam Sadiqdən (ə) soruşur: “Niyə Həzrət Fatimeyi-Zəhranı (s.ə) Zəhra adlandırıblar?”.

Həzrət (ə) buyurur: “Çünki Allah onu Öz əzəmət nurundən xəlq etmişdir. O zaman ki, həmin nur işıq saçdı, yer və səma aydınlandı. Mələklərin gözləri qamaşdı. Onlar səcdə edib, soruşdular: “Ey bizim Allahımız! Bu nur nədir?”.

Allah onlara vəhy etdi ki, “O nur – Mənim nurumdandır ki, yerdə və göydə onu Öz əzəmətimdən xəlq etmişəm. Onu peyğəmbərlərimin birinin belindən çıxartmışam və onu bütün peyğəmbərlərdən üstün etmişəm.

O nurdan İmamlar xaric olacaqdır ki, Mənim əmrimi bərpa etmək üçün ayağa qalxacaqlar. İnsanları mənim haqqıma hidayət edəcəklər. Mən onları vəhy və nübuvvət sona çatdıqdan sonra, yer üzündə öz canişinim etmişəm””.

Bu hədisdən aydın görmək olur ki, Həzrət Zəhra (s.ə) atası istisna olmaqla bütün insanlardan üstündür. Həzrət Muhəmməd (s) – məxluqların ən şərəflisidir.

İmam Sadiq (ə) buyurur: “Əgər Həzrət Əli (ə) olmasaydı, Həzrət Adəmdən (ə) Qiyamətə qədər Həzrət Zəhra (s.ə) ilə evlənəcək və ona tay olacaq heç kəs tapılmazdı”.

Bu hədis də onu göstərir ki, Həzrət Əlinin (ə) məqamı Həzrət Zəhranın (s.ə) məqamına bərabərdir. 

Əlbəttə, Həzrət Peyğəmbər (s) bu deyilənlərdən istisnadır. /deyerler/

 

Ad:
E-poçt:
* Comment:
* captcha: