IQNA

19:38 - January 22, 2021
Xəbər sayı: 3489104
Terrorçu İŞİD qruplaşması rəsmi şəkildə Bağdadın Əltiran meydanında baş vermiş iki intihar partlayışının məsuliyyətini üzərinə götürüb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Səhərtv-yə istinadla xəbər verir, bu terror qruplaşmasının tabeliyində olan «Əmaq» informasiya agentliyi bu gün səhərçağı bir bəyanatda bildirib ki, qeyd olunan əməliyyatda bu qruplaşmanın ünsürlərindən olan Əbu-Yusuf Ələnsari öz partlayış qurşağını Bağdadın Əltiran meydanında partladıb.

İkinci partlayış qurşağı da elə həmin üsulla bu qruplaşmanın digər bir üzvü- Muhəmməd Arif Əlmuhacir tərəfindən partladılıbdır.

İraqlı rəsmilərin sözlərinə görə, Bağdadın Əltiran meydanındakı izdihamlı bazarda baş verən bu iki partlayışda 32 nəfər ölüb, 110 nəfər də yaralanıbdır.

Bu hərəkətin ardınca İraqın baş naziri Mustəfa Əlkazimi həmin təhlükəsizlik probleminin baş verməsi səbəblərinin aydınlaşması üçün təcili təhqiqatların başlanması, həmçinin terrorçuların keçidi və bu alçaq cinayətləri törətmələrini asanlaşdırmış terror özəklərinin təqib olunmaları haqda göstəriş verib.

Bu iki partlayış İran İslam Respublikası da daxil olmaqla müxtəlif ölkə və təşkilatlar tərəfindən pislənibdir.

 

Teqlər: İŞİD ، Bağdad ، terror ، partlayiş
Ad:
E-poçt:
* Comment:
* captcha: