IQNA

8:05 - January 26, 2021
Xəbər sayı: 3489139
Dua bütün dinlərin, yaradılışın bir yaradan tərəfindən olmasına, peyğəmbərlərə və axirət gününə inanların müştərək dəyəridir. Çünki bütün peyğəmbərlər və ilahi övliyalar insanları duaya dəvət ediblər.

Tehran (IQNA) -  İran İslam Respublikasının Yəzd şəhəri İmam Səccadın (ə) "Səhifətus-Səccadiyyə" əsərinin paytaxt şəhəri elan edildi.

"Yəzd, İranın Səhifətus-Səccadiyyə Paytaxtı" milli layihəsinin açılış mərasimi ötən gün (Bazar Ertəsi, 25 Yanvar 2021) İranın İslami İrşad və Mədəniyyət Naziri Seyyid Abbas Salehi və Yəzd əyalətinin rəsmilərinin iştirakı ilə nazirliyinin Yəzd əyaləti üzrə idarəsində keçirilib.

Mərasimdə iştirak edən İranın Quran və İtrət Təşkilatının rəisi Əbdülhadi Fəqihizadə "Səhifeye-Səccadiyyə"nin ilk duasını qiraət edərək deyib:

"Dua bütün dinlərin, yaradılışın bir yaradan tərəfindən olmasına, peyğəmbərlərə və axirət gününə inanların müştərək dəyəridir. Çünki bütün peyğəmbərlər və ilahi övliyalar insanları duaya dəvət ediblər.

Səhifeye-Səccadiyyə mərifət, mənəviyyat və hidayət imamlarının (ə) xalis dini mədəniyyət gəncinəsidir. İnsanın nəfsini təzkiyə və tərbiyə edir, insanda Allaha olan eşqi canlandırır. Bu ləl-cəvahirlə dolu və nur saçan kitabı unutmaq olmaz.

Buna görə də Quran və İtrət Təşkilatı sağlam İslam mədəniyyətini cəmiyyətdə hərəkətə gətirmək və bu misilsiz xəzinəni məchuriyyətdən çıxartmaq üçün "Səhifeye-Səccadiyyə Paytaxtı" adlı yeni milli layihə başlatmışdır. Və bu işi möminlər diyarı olan Yəzddən başladı.  

Mərasimdə Yəzd əyalətinin İslami İrşad və Mədəniyyət Təşkilatının baş direktoru Cavadiyanzadə, Yəzdin qubernatoru Məhəmməd Əli Talibi, Yəzdin İslam Şurası Məclisindəki nümayəndəsi Mehdi Şayiq, Vəliyyi-Fəqihin Yəzd əyalətindəki nümayəndəsi Ayətullah Nasiri və digərləri çıxış ediblər.

Yəzd əyaləti iki il İmam Səccadın (ə) "Səhifətus-Səccadiyyə" kitabının paytaxtı olacaq. /3949854

یزد به مدت 2 سال پایتخت صحیفه سجادیه ایران شد

Ad:
E-poçt:
* Comment:
* captcha: