IQNA

17:07 - January 27, 2021
Xəbər sayı: 3489149
Kərbəlada oğullar anası Həzrət Ümmül Bəninin (s.ə) vəfatının ildönümü münasibətilə matəm yürüşləri keçirilib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Deyerler.org-a istinadla xəbər verir ki, Al-Kafeel-ə istinadən xəbər verir ki, Kərbəladan və digər şəhərlərdən matəm alayları Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmindən əzadarlığa başlayıb, Beynul Hərəmeyn meydanından keçdikdən sonra İmam Hüseynin (ə) müqəddəs ziyarətgahına daxil olublar.

Dünən (26 yanvar) axşamdan etibarən müqəddəs ziyarətgahlarda Həzrət Ümmül Bəninin (s.ə) vəfatının ildönümü münasibətilə əzadarlıq məclisləri keçirilib.

Qeyd edək ki, Əbülfəzl Abbasın (ə) anası Ümmül Bəninin əsl adı Fatimə binti Hizam Əl-Kilabdır. Əqil bin Əbi Talib Həzrət Əmirəlmömininə (ə) belə demişdi: “Ərəblər arasında Ümmül-Bənin tayfasından daha qəhrəman və şücaətlisini görməmişəm”. Əmirəlmöminin (ə) həzrət Fatimənin (ə.s) şəhadətindən sonra Ümmül-Bənin ilə evlənib.

Ad:
E-poçt:
* Comment:
* captcha: