IQNA

Yanvarda İbrahimi hərəmində azanın yayılmasına 50 dəfə maneə törədilib

10:04 - February 03, 2021
Xəbər sayı: 3489195
Sionist rejimi hər bir bəhanə ilə məscidlərə və müqəddəs məkanlara hücum edir, məscidləri dağıdır, fəaliyyətini dayandırır və din ayinlərin icra edilməsinə müxtəlif bəhanələr ilə maneələr törədir.

Tehran (IQNA) -  Fələstində hakimiyyəti ələ almış qondarma sionist rejimi və işğalçı İsrailin məscidlərə və İslami müqəddəs məkanlara təcavüz siyasəti davam edir.

Bu rejim hər bir bəhanə ilə məscidlərə və müqəddəs məkanlara hücum edir, müqəddəs məkanları və məscidləri dağıdır, fəaliyyətini dayandırır və din ayinlərin icra edilməsinə müxtəlif bəhanələr ilə maneələr törədir.

İşğalçı sionist rejimin məmurları hər gün əl-Xəlil şəhərində yerləşən Həzrət İbrahim (ə) hərəmi adlanan məsciddən azan yayılmasına maneə yaradır.

Fələstinin İslami Fondlar və Dini İşlər Nazirliyinin bu barədə verdiyi məlumata əsasən, sionist rejimin məmurları təkcə 2021-ci ilin Yanvar ayı ərzində İbrahimi (ə) hərəmindən azan səsinin yayılmasına 50 dəfə mane olublar.

Sionist rejimin məmurları azan səsi qəsəbədə yaşayan sionist yəhudiləri narahat edir bəhanəsi ilə İbrahimi (ə) hərəmindən azan verilməsinə, xüsusi ilə də Şam azanına qadağa qoyublar.

Bundan əlavə sionist rejimi "lazım olan lisenziyanı almayıb" bəhanəsi ilə əl-Xəlil şəhərinin yenidən qurulması komitəsinə Həzrət İbrahim (ə) hərəmində təmir-tikinti işləri aparmasına və məsciddəki tarixi incəsənət və mədəniyyət əsərlərinin bərpa edilməsinə mane olur.

Həmçinin sionist rejimi koronavirus pandemiyası ilə mübarizə bəhanəsi ilə müsəlmanların ibadət ocaqlarını, o cümlədən İbrahim (ə) hərəmini bağlı saxlamağa çalışırlar. /3951544

captcha