IQNA

0:24 - February 06, 2021
Xəbər sayı: 3489211
Tehran (IQNA) -  Həzrət Zəhranın (s) mövludu və Fəcr on günlüyünün (İran İslam İnqilabının il dönümü) başlaması münasibəti ilə Cakartada İmam Rza (ə) adına elmi dini hövzə fəaliyyətə başlayıb.

İndoneziyanın Cakarta şəhərində açılan İmam Rza (ə) adına dini elmi hövzənin açılış mərasimində İndoneziyanın və İranın rəsmiləri, diplomatları, din alimləri, ustad və tələbələri iştirak ediblər.

Mərasimdə Quran qiraətindən sonra Cakartanın İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Əbdülməcid Həkim İlahi çıxış edib və bu elmi hövzənin Qum Ali Dini Elmi Hövzəsinin "əl-Mustafa Beynəlxalq İslam Akademiyası"nın həmkarlığı ilə inşa olunduğunu açıqlayıb.

O, vurğulayıb ki, İndoneziyada dini mübəlliğlərin və din müəllimlərinin yetişdirilməsi, ölkə cavanlarının dinin müxtəlif sahələr üzrə ixtisaslaşdırılması üçün mədrəsəsnin olması zəruri bir işdir.

Daha sonra açılış mərasimind İranın Qum Ali Dini Hövzəsinin rəisi Ayətullah Əlirza Ərafi, İndoneziyanın Sədra Kollecinin rəisi və İndoneziyanın əl-Mustafa İslam Elmləri Akademiyasının nüymayəndəsi Höccətulİslam vəl-müslimin Müttəqi və digərləri çıxış edib.  /3951641

Ad:
E-poçt:
* Comment:
* captcha: