IQNA

7:59 - February 06, 2021
Xəbər sayı: 3489212
Tehran (IQNA) -  Əhməd Mustafa Kamal, Qurani-Kərimin musiqi dəzgahları və qiraət elmi üzrə tanınmış misrli alim 82 yaşında ikən Haqqın dəvətinə ləbbeyk deyib.

Tehran (IQNA) -  Əhməd Mustafa Kamal, Qurani-Kərimin musiqi dəzgahları və qiraət elmi üzrə tanınmış misrli alim 82 yaşında ikən Haqqın dəvətinə ləbbeyk deyib.

Misrin tanınmış Qurani siması ötən gün (5 Fevral 2021), Cümə namazından sonra Qahirənin "ər-Rəhmanir-Rəhim" məscidindən axirət dünyasına yola salınıb.

Mərhum alimin cənazəsi Qahirənin "Babun-Nəsr" qəbiristanlığında "ailə məzarlığı"nda dəfn edilib.

Dəfn mərasimində Misrin Quran fəalları, qariləri, qiraət ustadları, dini şəxsiyyətləri və digərləri iştirak ediblər.

Misrin məşhur Quran qariləri Yasir Şərqavi, Əbdülfəttah Taruti və digərləri sosial şəbəkələrdə Əhməd Mustafa Kamalın vəfatı ilə bağlı başsağlığı mesajları yazıblar.

Əhməd Mustafa Kamal Quran qariləri arasında ən çox Şeyx Mustafa İsmayılı xoşlayırdı. Şeyx Mustafa İsmayılın Quran tilavətlərinə aid bir çox qədim kasetləri və 2200 audio faylını saxlayırdı.

Mərhum Quran qiraəti elmi üzrə müxtəlif ölkələrdən, o cümlədən Əlcəzayir, Mərakeş, Malaziya, İndoneziya, Türkiyə, Avstriya, Səudiyyə Ərəbustan, Misr və digər ölkələrdən Mustafa Əbu Zeyd, Məhmud Tuxi və Yasir Şərqavi kimi şagirdlər yetişdirib. /3952219

Ad:
E-poçt:
* Comment:
* captcha: