IQNA

Quran və Hədis Elmləri alimi vəfat edib - Foto

22:15 - February 21, 2021
Xəbər sayı: 3489319
Tehran (IQNA) -  Türkiyənin tanınmış Quran Elmləri Araşdırmaçısı, Quran hafizi və Hədisşünas alim Məhəmməd Əmin Siraç keçən gecə (20 Fevral 2021), 80 yaşında ikən koronavirus səbəbi ilə dünyasını dəyişib.

Məhəmməd Əmin Siraç Türkiyənin şimalında yerləşən Tokat əyalətində (ilçə) dünyaya gəlib. Altı yaşından Quran öyrənməyə başlayıb. Uşaq yaşlarında ikən Quran hafizi olub.

O, 1943-cü ildə təhsilini davam etdirmək üçün ailəsinin təşviqi ilə İstambula köçüb. Dini elmi məlumatlarını daha da yüksəltmək üçün Misrə mühacirət edib. Doqquz il burada yaşayıb və Hədis Elmləri sahəsində ixtisaslanıb.

Məhəmməd Əmin Siraç Türkiyənin Fateh məscidində 65 il təfsir, hədis v fiqh dərslərini tədris edib. Bu müddətdə yüzlərlə tələbə yetişdirib.

Alimin cənazəsinin müşayətinə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və Səhiyyə Naziri Fahrettin Koca və digər rəsmilər qatılıb və mərhumun ailəsinə başsağlığı veriblər. /3955022/

برگزاری مراسم تشییع جنازه عالم دینی برجسته ترکیه

برگزاری مراسم تشییع جنازه عالم دینی برجسته ترکیه

برگزاری مراسم تشییع جنازه عالم دینی برجسته ترکیه

برگزاری مراسم تشییع جنازه عالم دینی برجسته ترکیه

captcha