IQNA

Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

19:07 - February 24, 2021
Xəbər sayı: 3489339
Cari il martın 1-də (İran təqvimi ilə rəbiüləvvəl ayının 17-də) Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) xəbər verir ki, Konfransın təşkilatçısı İran Elmi Hövzləri İdarəetmə Mərkəzidir.

Məlumata görə, tədbirdə İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xaməneinin 2020-ci il noyabrın 3-də Dağlıq Qarabağla bağlı çıxışı müzakirə olunacaq.

İran, Azərbaycan və Qafqazdan olan islam alimləri və akademikləri konfransda “Azərbaycan torpaqları xilas edilməli”, “Qarabağ torpaqlarındakı ermənilərin təhlükəsizliyi qorunmalı”, “İki tərəf beynəlxalq sərhədləri pozmamalı”, “Terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab verəcəyik” və başqa bu kimi mövzularda çıxışlar olacağı gözlənilir.

 
captcha