IQNA

8:37 - February 27, 2021
Xəbər sayı: 3489356
Tehran (IQNA) -  Nigeriyanın Kvara əyalətinin orta təhsil məktəbləri və müəssisələrində məktəbli müsəlman qızlara sinifdə İslami hicabdan istifadə etmək icazəsi verildi.

Tehran (IQNA) -  Nigeriyanın Kvara əyalətinin orta təhsil məktəbləri və müəssisələrində məktəbli müsəlman qızlara sinifdə İslami hicabdan istifadə etmək icazəsi verildi.

Bu barədə Nigeriyanın qərbində yerləşən Kvara əyalətinin yerli dövləti qərar verib.

Hicab məsələsində yaranmış problemə görə bağlanmış on məktəbin fəaliyyəti isə gələn həftənin birinci günündən ( 1 Mart 2021) yenidən bərpa ediləcəkdir.

Qeyd edək ki, Nigeriyanın Kvara əyalətində məktəblərdə müsəlmanlar və qeyri-müsəlmanlar arasında yaranmış hicab probleminə görə on məktəbin fəaliyyəti dayandırılmışdı.

Kvara dövləti məsələni aradşırdıqdan sonra məktəblərdə dini azadlıq hüquqlarının qorunmasına göstəriş vermiş və xristianlar və müsəlmanlar arasında sülhün qorunması və tolerant yaşamağı tövsiyə etmişdir.

Dövlətin bu barədə yaydığı bəyanatda vurğulanır ki, din və məzhəblərin rəisləri, nüfuzlu şəxsiyyətləri və media qrumları müxtəlif din və irqlərdən olan insanları barış içində yaşamağa təşviq etsinlər.

Bəyanatda əlavə edilir: Dövlət, bütün din və məzhəblərin nümayəndələrinə bu problemdə səbirli, dözümli və anlayışlı davrandıqlarına görə təşəkkür edir.  /3956261

Teqlər: kvara ، nigeriya ، hicab
Ad:
E-poçt:
* Comment:
* captcha: